Milli.Az auto.az-a istinadən bildirir ki, sedanın kapotu altında gücləndirilmiş ikili turboyükləyicisi olan 6,2-litrlik benzin V8 mühərriki quraşdırılacaq. Mühərrikin gücü 1000 a.g.-dür, maksimal sürət isə 386 km/saatdır.
Aqreqat, həmçinin döyülmüş alüminium porşnlər, yeni dirsək valı və silindrlər bloku alacaq. Bundan əlavə, “Hennessey” mühəndisləri yanacaqvermə və buraxma sistemlərini də təkmilləşdirirlər.
Xatırladaq ki, “Cadillac CTS-V”-nin adi versiyası 6,2-litrlik 640 a.g. (477 kVt) və 855 Nm fırlanma anı verən 6,2-litrlik V8 mühərriki ilə təchiz edilir. Mühərrik 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Bu, kupe “CTS-V”-ə “yüzlüyə” 4 saniyədən də tez çatmağa kömək edir. avtomobilin maksimal sürəti 322 km/saatdır.
Milli.Az

