[ 14 Aprel 2015 21:21 ]
Bakı-APA. Ermənistanın baş naziri Ovik Abramyan Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brasseri qəbul edib.
APA-nın məlumatına görə, bu barədə “NEWS.am”-a Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.
Ovik Abramyan Ann Brasserin Ermənistana səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini bildirib.
AŞPA sədri, öz növbəsində, Ermənistan nümayəndə heyətinin AŞPA-nın işində fəal iştirak etdiyini bildirərək, bunun diplomatik əlaqələrin genişləndirilməsinə zəmin yaratdığını qeyd edib.
Ovik Abramyan qonağa Dağlıq Qarabağ münaqişəsi üzrə Ermənistan tərəfinin mövqeyini təqdim edib.
Ann Brasser Qarabağ münaqişəsi zonasında gərginliyin artmasının qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, AŞPA hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız tərəflər arasında dialoq yolu ilə nizamlana bilər.