Azərbaycan, Bakı, 14 aprel /Trend/

Roma Papası Fransisk qondarma "erməni soyqırımı"nın "100-cü ildönümü" ilə əlaqədar Ermənistana getməyəcək.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, bunu Eçmiədzin kilsəsinin Dinlərarası münasibətlər şöbəsinin direktoru yepiskop Ovakim Manukyan deyib.

Onun sözlərinə görə, Roma Papası Ermənistana 2016-cı ildə səfər edəcək: "Papa şübhəsiz ki, Ermənistana səfər edəcək, ancaq apreldə deyil, 2016-cı ildə. Onu aprelin 24-nə dəvət etməyimizlə bağlı məlumatlar doğru deyil".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az