Oqtay Əsədov: “Serbiya ilə mədəni, humanitar əlaqələrin inkişafında maraqlıyıq"
Oqtay Əsədov Serbiya baş nazirinin Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ açacağına əminliyini bildirib. Sədr deyib ki, Azərbaycan ilə Serbiya strateji tərəfdaş və dost ölkələrdir. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərimizi yüksək səviyyəyə qaldırıb. Əlaqələrimizin inkişafı nəticəsində iki ölkə arasında hüquqi baza yaranıb. İndiyədək ölkələrimiz arasında 25 sənəd imzalanıb və 2 sənəd üzərində iş gedir. Oqtay Əsədov iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Əlavə edib ki, bunun üçün böyük potensial var.
Milli Məclisin sədri Azərbaycanın dünyada mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa böyük töhfə verdiyini diqqətə çatdırıb. “Serbiya ilə mədəni, humanitar əlaqələrin inkişafında maraqlıyıq və hər iki ölkədə bu istiqamətdə müvafiq işlər həyata keçirilir”, - Oqtay Əsədov vurğulayıb.
Sədr parlamentlərarası əlaqələrin də sürətlə inkişaf etdiyini söyləyib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin maraqlarını dəstəkləyən məsələlərdə birgə mövqedən çıxış etdiyini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Milli Məclisin sədri bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Serbiya tərəfinə minnətdarlığını bildirib.
Serbiyanın baş naziri Aleksandr Vuçiç Azərbaycana səfərindən və keçirdiyi mühüm görüşlərdən məmnunluğunu ifadə edib. Bu səfərin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu söyləyən Aleksandr Vuçiç qeyd edib ki, Serbiya Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyib. Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyini xatırladan baş nazir buna görə təşəkkürünü bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10