Avroparlament Avropa qonşuluq siyasəti müzakirə edir
Berlin, 14 aprel, AZƏRTAC
Avropa Parlamentinin Slovakiyadan olan deputatı Eduard Kukan tərəfindən hazırlanmış işçi sənədin aprelin 13-də aparılmış müzakirəsi göstərdi ki, mövcud alətlərin natamamlığı kimi, dəyişikliklər aparılmasının zəruriliyi də hamı tərəfindən qəbul edilir.
Məruzəçi Avropa İttifaqı (Aİ) Parlamentinin xarici işlər komitəsinin iclasına öz sənədini təqdim edərək xatırladıb ki, qonşuluq siyasəti aləti 10 il əvvəl işə salınıb. “Aİ ilk strategiyasını 2003-cü ildə dərc edərkən, məqsədin Aİ-ni sabit ölkələr ilə əhatə etmək” olduğunu deyən Eduard Kukan, təəssüf ki, bunun həyata keçmədiyini qeyd edib.
Hollandiyadan olan deputat Kati Piri də öz növbəsində “gözlədikləri sabitlik əhatəsinin baş tutmadığını” vurğulayıb. Onun fikrincə, bunun təqsirinin çoxu Avropa tərəfindədir. “Biz Ukraynada “narıncı inqilab”dan sonra 2004-2005-ci illərdə nələrin baş verdiyini xatırlayırıq. Lakin bütün bunlar başa çatdıqdan və telekameralar quraşdırıldıqdan sonra diqqətimiz zəiflədi” – deyə xanım deputat əlavə edib. Kati Piri diqqəti bəzi Avropa siyasətçilərinin may ayında Riqada keçiriləcək sammiti yerdə qalanların “Şərq tərəfdaşlığı” sammiti adlandırmalarına yönəldərək, altı qonşu ölkədən hələ ki üçünün – Gürcüstan, Moldova və Ukraynanın Aİ ilə daha sıx əməkdaşlığa hazır olduğuna işarə edib.
Diskussiyalar zamanı alman deputat Mixail Qaler isə deyib: “Biz iki kateqoriyada - Avropada qonşuluq və Avropa ilə qonşuluq məsələləri çərçivəsində görüşürük. Bu zaman hər ölkəni layiq olduğu kimi nəzərdən keçirmək lazımdır”.
Siyasətçilər və ekspertlər hesab edirlər ki, üç ölkənin – Azərbaycan, Ermənistan və Belarusun Aİ ilə Assosiasiya Sazişi imzalamaqdan faktiki imtina etdiklərinə baxmayaraq, onlarla münasibətlər gələcəkdə də davam etdiriləcək.
Deputat Qaler deyib: “Bizə Şərq qonşularımızla əlaqələrimizdə çeviklik lazımdır. Biz heç kəsi istisna edə bilmərik”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10