Azərbaycan, Bakı, 14 aprel /Trend/

Türkiyənin Qars şəhərində erməni vəhşiliklərini əks etdirən fotosərgi açılıb. Bu barədə Trend "Gazetekars" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, sərgidə erməni quldur dəstələrinin 1915-ci ildə Qars şəhərində müsəlman-türk əhaliyə qarşı törətdikləri vəhşilikləri əks etdirən fotolarla yanaşı, tarixi sənədlər də nümayiş etdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az