[ 14 Aprel 2015 17:50 ]
Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanın baş naziri Artur Rasizadə ölkədə rəsmi səfərdə olan Serbiyanın baş naziri Aleksandr Vuçiçi qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Rasizadə Azərbaycan və Serbiya arasında yaxşı münasibətlərin olduğunu deyib, əlaqələriin daha da inkişafı üçün əməkdaşlığın davam etdirildiyini söyləyib. Humanitar sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğunun bildirildiyi görüşdə iqtisadi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Dağlıq Qarabağ münaqişəsi barədə qonağa məlumat verən A. Rasizadə bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Serbiya tərəfinə minnətdarlıq edib.
Serbiyanın baş naziri ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu, Azərbaycanla Serbiyanın hər zaman bir-birini dəstəklədiklərini vurğulayıb. A. Vuçiç iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini qeyd edib.