Faşizm üzərində qələbədə Azərbaycanın tibb işçilərinin müstəsna rolu olub
Bakı, 14 aprel, AZƏRTAC
Mayın 9-da 1941-1945-ci illər müharibəsində qələbənin 70-ci ildönümüdür. Bu əlamətdar gün qələbənin qazanılmasında xüsusi rolu olan Azərbaycanda da dövlət səviyyəsində qeyd ediləcək. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli Sərəncamı ilə “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı” təsdiqlənb.
Azərbaycan Tibb Universitetindən (ATU) AZƏRTAC-a bildirilib ki, həmin sənədin icrası çərçivəsində bu ali təhsil ocağında “1941-1945-ci illər müharibəsində qələbənin əldə edilməsində Azərbaycan tibb işçilərinin müstəsna rolu” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə II Dünya müharibəsinin tarixi, həmin müharibədə azərbaycanlıların, xüsusilə də tibb işçilərinin rolundan söz açılıb. Həmin illər bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr kimi səciyyələndirilib. Qeyd olunub ki, Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. Xüsusilə vurğulanıb ki, 1941-1945-ci illər müharibəsində Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, böyük canlı qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edilib. Həmin illərdə Azərbaycanda sovet ordusu sıralarına 640 minədək insan səfərbər edilərək cəbhəyə göndərilib. Onlar keçmiş SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyin-çiyinə faşizmə qarşı savaşda iştirak ediblər.
Tədbirdə ATU-nun əməkdaşlarının “1941-1945-ci illər müharibəsində qələbənin əldə edilməsində Azərbaycan cərrahlarının rolu”, “1941-1945-ci illərdə Azərbaycan xalqının sosial potensialı cəbhənin xidmətində”, “Azərbaycan tibb işçiləri 1941-1945-ci illər müharibəsində” və “ATU 1941-1945-ci illər müharibəsi dövründə” mövzusunda məruzələri dinlənilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10