Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Metbuat.az-ın xəbərinə görə, bu günə iki görüş planlaşdırılmışdı. Şübhəsiz ki, gecənin mərkəzi matçı son finalçılar -  "Atletiko" və "Real" arasında oynanılıb. Gərgin mübarizə şəraitində keçən oyun başladığı kimi də bitib. Cütün taleyinə "Santyaqo Bernabeu"da aydınlıq gələcək.

Digər oyunda isə "Yuventus" "Monako"nu qəbul edib. Vidalın 57-ci dəqiqədə penaltidən vurduğu qol görüşdə yeganə olub. "Yuventus" yarımfinala vəsiqə uğrunda nisbi üstünlük əldə edib.

"Atletiko" - "Real" - 0:0

"Yuventus" - "Monako" - 1:0

Qol: Vidal, 57-pen.