Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, sol əlində nişan üzüyü olan Li Sol Çju əri Kim Çen In ilə birlikdə Kim İr Sen adına stadionda gülümsəyərək insanlara əl edib.
Onlar Kim İr Senin yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində futbol görüşünə qatılıblar.
İki günlük bayram tədbirləri ölkədə "Günəş günü" adlandırılır. Tədbirlərdən sonra Kim İr Senin Pxenyanda doğulduğu yerə "ziyarət yürüşü" təşkil olunur.
Milli.Az