BMT: Yəməndə 120 mindən artıq insan evlərini tərk edib
Bakı, 14 aprel, AZƏRTAC
Yəməndə Səudiyyə Ərəbistanının başçılığı ilə Fars körfəzi ölkələrinin hava zərbələri səbəbi ilə 120 mindən artıq insan evlərini tərk edib. Bu barədə aprelin 14-də BMT-nin humanitar məsələlərin koordinasiya idarəsi bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məcburi köçkünlərin əksər hissəsi - təxminən 60 min nəfəri Hacca əyalətində qeydə alınıb.
BMT-nin humanitar məsələlər idarəsinin məlumatına görə, son 24 saat ərzində Şabva, Əd-Dali, Ədən, Səda, Əmran, Marib, İbb və Əl-Cauf əyalətləri, həmçinin ölkənin paytaxtı Səna şəhərinin bəzi rayonları hava zərbələrinə məruz qalıb. Hücumlar zamanı həyatını itirənlərin olduğu bildirilsə də beynəlxalq təşkilatın onların sayı barədə məlumatı yoxdur.
Bir qədər əvvəl BMT “ərəb koalisiyasının” əməliyyatlarının başladığı gündən bu yana 300 nəfərdən artıq mülki şəxsin həlak olduğunu bildirmişdi.
Qeyd edək ki, martın 26-na keçən gecə Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmən ərazisində şiə üsyançılarının mövqelərinə hava zərbələri endirməyə başlayıb. Yəməndə qanuni prezident Abd Rabbo Mənsur Hadi və onun hökumətinin bərpa olunmasına yönələn “Qətiyyət tufanı” adı altında aparılan əməliyyatlara sonradan Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulub.
Hazırda Yəmənin 22 əyalətindən 18-i bombardmanlara məruz qalır. BMT ölkədə kəskin ərzaq çatışmamazlığı barədə xəbərdarlıq edib. Belə ki, Ədən şəhərində unun tükənməsi səbəbi ilə bütün çörək bişirən zavodlar bağlanıb. Stasionar telefon əlaqəsi və mobil şəbəkə fəaliyyət göstərmir. Həmçinin Ədən, Abyan və Əd-Dali şəhərinin bəzi rayonlarında elektrik enerjisində böyük fasilələr yaranıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10