[ 14 Aprel 2015 12:26 ]


Bakı – APA. Azərbaycanda səfərdə olan Serbiya baş naziri Aleksandr Vuçiç Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, A. Vuçiç H. Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.


Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.