Çalışdığı iş yerindən, kollektivdən, əmək şərtlərindən və maaşından razı insanların sayı çox deyil. Hərənin öz tələbləri, öz şərtləri və narazılıqları var.
 
Lakin Çinin Hunan vilayətindəki qədim məbədə aparan "yol"da çalışanlar iş günü başlayandan ölüm riski altında olsalar da, narazılıq etmirlər.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, ölümün bir addımlığında olan bu fəhlələrin "təhlükəsizlik tədbirlər"i yalnız başlarındakı plastik şlemdir.
Hunan vilayətindəki Pinszyan bölgəsində dağlarda, sıldırım qayalıqlarda qədim məbədə aparan dar yolu genişləndirən fəhlələr yerdən 350-400 metr yüksəklikdə, olduqca təhlükəli şəraitdə çalışırlar.
 
Mufu dağında aparılan bu işlər başa çatandan sonra Çinin cənub-şərqindəki sözügedən bölgəyə turist axınının artacağı ehtimal olunur.
48 yaşlı mühəndis Yu Szi deyir: "Gördyümüz iş istənilən başqa işdən fərqlənmir. 30 ildən bəri inşaatda çalışıram. İndi tikdiyimiz yolun inşasında çalışmaq da çoxlarının düşündüyü kimi təhlükəli deyil".
 
Milli.Az