Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb.Mənzildən oğurluq edənlər axtarılırlar
Yasamal Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Quliyev Əli Adil oğluna məxsus olan və Murtuza Muxtarov küçəsi 118 ünvanında yerləşən mənzildən naməlum şəxs və ya şəxslər 58 min manat dəyəri olan qızıl-zinət əşyalarını oğurlayıblar. Ev sahibi bildirib ki, aprelin 12-də saat 15-dən 22-dək evdə kimsənin olmadığı vaxt naməlum şəxs və ya şəxslər açar seçmə yolu ilə mənzilə daxil olublar.
Hazırda müraciət əsasında araşdırmalar aparılır.
Milli.Az