Ağcabədi, 14 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi rayonunda müxtəlif növ ağac cinslərindən ibarət tinglik səpini həyata keçirilir.
Rayonun regional meşə tingliyi mərkəzinin direktor əvəzi Cahid Məmmədov AZƏRTAC-a bildirib ki, yaz mövsümündə 6 hektar sahədə şum aparılıb, 0,5 hektarda Eldar şamı, Şərq çinarı, sərv və tuya cinslərindən ibarət tinglik səpilib. Kökləndirmək üçün 1 hektarda 50 min nar çiliyi basdırılıb, 2 hektarda (80 min ədəd) böyütmə sahəsi yaradılıb, 50 kiloqram toxum tədarük edilib.
İlin sonunadək ümumilikdə 4 hektarda toxum səpini, 6 hektarda böyütmə, 1 hektarda kökləndirmə sahəsinin yaradılması nəzərdə tutulub. Yetişdirilən əkin materialları yaşıllıq zolaqlarının, yeni meşələrin salınmasında istifadə olunacaq.