Azərbaycan Maliyyə Nazirliyinin strukturuna daxil olan təşkilatlardan birinin rəhbəri vəfat edib.

ANS PRESS-in məlumatına görə, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Abbas Salmanov dünyasını dəyişib.

Xatırladaq ki, Abbas Salmanov prezidentin “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanı ilə yaradılan Dövlət Xəzinədarlıq agentliyinin rəhbəri təyin edilib. O həmçinin İlham Əliyevin 2009-cu il 22 iyun sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə də təltif olunmuşdu.

Allah rəhmət eləsin!
Mənbə
ANS PRESS