"Report"un Bankın baş ofisə istinadən verdiyi xəbərə görə, əgər bu ilin əvvəlinə problemli kreditlərin ümumi kredit portfelində payı 0,92% olubsa, I rübün sonuna bu göstərici 5,35%-ə yüksəlib.
Qeyd edək ki, "Access Bank" cari ilin ilk rübündə xalis zərəri 2,346 mln. manat təşkil edib. Müqayisə üçün bildirək ki, 2014-cü ilin IV rübünü Bank 8,334 mln. manat xalis mənfəətlə başa vurub, ötən il orta rüblük xalis məbfəəti isə 10,109 mln. manata bərabər olub.
Bankın rüblük hesabatına əsasən, Bank 2015-ci ilin yanvar-mart aylarında məzənnə dəyişməsi də daxil olmaqla valyuta əməliyyatlarından ümumilikdə 5,06 mln. manat zərər edib. Ötən ilin yekununda isə Bank əksinə, bu əməliyyatlardan 887 min manat gəlir əldə edib.