Salyan rayonunun Yenikənd kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 390 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb.
Milli.Az FHN-ə istinadən bildirir ki, fermanın içərisində olan 9 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Fermanın qalan hissəsi və fermada olan 27 baş iribuynuzlu heyvan yanğından mühafizə olunub. Yanğın söndürülüb.