ANS PRESS-in məlumatına görə, o naməlum qadının zorakılığına məruz qaldığını və nəticədə beyin travması aldığını bildirib. Hücüm nəticəsində həmçinin Berkovanın sifətinin bir hissəsi parçalanıb.
30 yaşlı Yelena Berkova deyib ki, o, son zamanlar uzaq qohumuna baxır. Onun yanına gedərkən Yelena Berkova qohumunu sərxoş qadınların kompaniyasında tapıb. Yelenanın sözlərinə görə, onlardan biri ulduza hücum edib və onu amansızcasına döyüb. Qadının başına və bədəninin digər hissələrinə zərbələr vurub.
Sərxoş qadın Berkovanı cırmaqlayıb və onun ünvanına söyüşlər ünvanlayıb. Berkova onların əlindən qaça bilib və daha sonra həkimlərə müraciət etməyə məcbur olub.

MənbəANS PRESS