Belqrad, 13 aprel, AZƏRTAC 
“Bakı-2015” ilk Avropa Oyunlarının kanoe yarışlarında Serbiyanı təmsil edəcək ilk idmançılar bəlli olub.
Ada Ciganlija yarımadasında idmanın kayak və kanoe növləri üzrə keçirilmiş milli seçmə yarışlarda uğurlu nəticə göstərən 10 idmançı Serbiyanı Çexiyada keçiriləcək Avropa çempionatında və “Bakı-2015” ilk Avropa Oyunlarda təmsil etmək hüququ qazanıb.
Serbiyanın kayak üzrə millisinin məşqçisi Miroslav Rodiç idmançıların nəticələrindən razı olduğunu bildirib. O qeyd edib ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək idmançıların yekun siyahısı bir neçə günə bəlli olacaq.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad