Bakıdakı bir evə üç meyit "bağışlayan" avtobus qəzasının VİDEO görüntüsü
Paylaş
13 Aprel 2015, 18:12·194 baxış·1 dəq oxu
Ötən gecə Bakıda minik avtomobilinin avtobusla toqquşması nəticəsində baş verən ağır yol qəzasında 4 nəfər ölüb. Milli.Az xəbər verir ki, onlardan 3-ü bir ailənin üzvləridir. Aprelin 12-si, saat 23:40 radələrində, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsində 54 yaşlı Qabil Ələkbərovun idarə etdiyi 105 saylı xətt üzrə hərəkət edən “İveko Otoyol” markalı avtobusla 35 yaşlı Vidadi Sərdarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində V.Sərdarov, maşında olan qardaşları, 23 yaşlı Etibar, 52 yaşlı İlqar Orucovlar və onun 25 yaşlı oğlu Elçin hadisə yerində ölüblər.