Ağstafa, 13 aprel, AZƏRTAC
Ağstafa rayonunda yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin yüksəldilməsi məqsədi ilə “Şahin” hərbi idman oyunu üzrə növbəti rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarış Ağstafa şəhərindəki 2 nömrəli tam orta məktəbdə təşkil olunub. Yarışlarda rayonun 37 tam orta məktəbindən ümumilikdə 518 yeniyetmə iştirak edib.
Təbdir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın yekununda 1-ci yerə Saloğlu kənd tam orta məktəbin, 2-ci yerə Həsənsu kənd tam orta məktəbin, 3-cü yerə isə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin komandaları layiq görülüblər.
Qaliblər diplom və müxtəlif hədiyyələrlə təltif olunublar.