[ 13 Aprel 2015 16:41 ]



Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Beybit İsabayevi qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, B. İsabayev etimadnaməsinin surətini nazir E. Məmmədyarova təqdim edib. 

 

Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Nazir ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.