Bakı, 13 aprel, AZƏRTAC
Xarici KİV-lərin məlumatına görə İraqda İŞİD qruplaşmasının Əbu Mariya adı ilə tanınan başçılarından biri öldürülüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əbu Mariya İŞİD tərəfindən Səlh əd-Din əyalətinin iki rayonunun “qubernatoru” təyin edilmişdi. O, Tikritin İraq ordusu tərəfindən ələ keçirilməsindən sonra şəhərin şimal-şərq hissəsinin yaraqlılardan təmizlənməsi istiqamətində aparılan əməliyyat nəticəsində öldürülüb. Əməliyyat zamanı Əbu Mariya ilə yanaşı bir neçə qruplaşma üzvünün də həlak olduğu bildirilir.
Qeyd edək ki, İraq ordusunun İŞİD qruplaşmasına qarşı ilk geniş miqyaslı hərbi əməliyyatları Səlah-əd-Din əyalətinin paytaxtı Tikrit şəhərində aparılıb. Beynəlxalq koalisiya aviasiyasının dəstəklədiyi İraq ordusu şəhəri yalnız bir ay davam edən ağır döyüşlərdən sonra geri ala bilib.