Bakı, 13 aprel, AZƏRTAC
AXA MBASK sığorta şirkəti Gürcüstanda sığorta bazarının imkanları və cari problemləri müzakirə edib.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, bu müzakirələr “AXA MBASK qazananlar klubunun” Gürcüstanda keçirilən növbəti iclasında aparılıb.
Qeyd edək ki, “AXA MBASK qazananlar klubunun” iclasları hər il müxtəlif ölkələrdə keçirilir.
Şirkətdə, sığorta agentləri ilə münasibətlərin inkişaf etdirilməsi çərçivəsində ən effektiv motivasiya amillərini özündə ehtiva edən unikal bir motivasiya sistemi işlənib hazırlanıb. “AXA MBASK qazananlar klubunun” iclaslarının hər il müxtəlif ölkələrdə keçirilməsi də məhz həmin proqramın tərkib hissəsidir.
AXA MBASK siğorta şirkətinin 2014-cü ilin yekunlarına görə ən yüksək satış nəticələri göstərmiş sığorta agentləri, idarə heyətinin üzvləri və şirkətin əməkdaşlarınin iştirak etdiyi iclasda 2015-ci il üçün agentliklər şəbəkəsinin genişləndirilməsi, könüllü və icbari sığorta növlərinin satış həcmlərinin artırılmasına yönəldilmiş plan və strategiya, habelə əməliyyat proseslərinin təkmilləşdirilməsinə dair sığorta agentlərinin təklifləri və layihələr müzakirə olunub.