Azərbaycanla İraq arasında neft və qaz sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 13 aprel, AZƏRTAC
Bağdadda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İraq Respublikasına səfəri zamanı Azərbaycanla İraq arasında neft və qaz sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində R.Abdullayev İraqın neft naziri Adil Əbdul Məhdi ilə görüşüb. İraqın dövlət neft strukturları rəhbərlərinin də iştirak etdiyi görüşdə İraq-Azərbaycan münasibətlərindən söz açılıb, iki ölkənin neft-qaz sahəsində əməkdaşlığının tarixi kökləri haqqında danışılıb. Vaxtilə İraq üçün neft-qaz mütəxəssislərinin Azərbaycanda hazırlandığı qeyd olunub.
Dövlət Neft Şirkətin prezidenti R.Abdullayev Azərbaycanın qədim neft diyarı olduğunu, neftçilərimizin dünya sənayesi tarixinə mühüm töhfələr verdiyini söyləyib, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılan nailiyyətlər, bu uğurlarda SOCAR-ın rolu, şirkətin fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdəki aktivləri haqqında ətraflı məlumat verib.
İraqın neft naziri Adil Əbdul Məhdi ölkəsinin neft sənayesində qazandığı uğurlardan danışıb, dünya bazarında neftin qiyməti ilə bağlı tendensiyalar, İraqın OPEC-dəki fəaliyyəti haqqında məlumat verib.
Görüşdə neft və qaz sahəsində Azərbaycanla İraq arasında mümkün əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub. SOCAR-ın prezidenti R.Abdullayev İraqın neft nazirini onun üçün uyğun bir vaxtda Azərbaycana səfərə dəvət edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10