Bakı, 13 aprel, AZƏRTAC
Nobel mükafatı laureatı, bir sıra məşhur romanlar müəllifi Hünter Qras 87 yaşında vəfat edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alman yazıçı 1999-ci ildə Nobel ədəbiyyat mükafatına layiq görülmüşdü.
1959-cu ildə işıq üzü görən “Dəmir baraban” romanı ilə dünyada şöhrət qazanan Qrasın “Pişik və siçan” və “İt illəri” əsərləri də milyonlarla oxucu tərəfindən maraqla qarşılanıb.