Amerikanın və Türkiyənin hərbi müşahidəçiləri aprelin 13-dən başlayaraq Rusiya ərazilərinə havadan baxış keçirməyə başlayıblar. Türkiyənin CN-235 hərbi təyyarəsi vasitəsilə reallaşdırılan müşahidə-nəzarət uçuşları Açıq Səma üzrə Beynəlxalq Müqavilə çərçivəsində aprelin 17-dək davam edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə yerli mətbuata Rusiya Federasiyasının Nüvə Təhlükəsinin Azaldılması üzrə Milli Mərkəzin rəhbəri Serqey Rıjkov bildirib.

Onun sözlərinə görə, müşahidəçi təyyarədə hərbi silahın hər hansı növləri yoxdur. Rusiya mütəxəssisləri ölkəmizin ərazisinə baxış keçirən təyyarədə yerləşdirilən cihazların beynəlxalq yoxlanışında iştirak ediblər.

O deyib ki, hərbi nəzarət uçuşları Rusiya mütəxəssisləri ilə birlikdə əvvəlcədən planlaşdırılmış marşrutlar üzrə həyata keçirilir.

Xatırladaq, Rusiya Açıq Səma üzrə Beynəlxalq Müqaviləyə 2001-ci ilin mayında qoşulub. Bu sənəd ölkələr arasında etibarın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə yönəldilib. İndiyədək bu müqaviləni 34 ölkə imzalayıb. İştirakçı ölkənin hər biri narahatlığa səbəb olan silahlı birləşmələr və ya başqa hadisələr haqqında açıq şəkildə informasiya toplamaq hüququna malikdir.
Mənbə
ANS PRESS