Sabirabad rayonunda iri və xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıblar. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, onlar rayonun  Yaxa Dəllək kənd sakinləri, 1984-cu il təvəllüdlü Rauf Ərəbxan oğlu Məmmədov və 1990-cı il təvəllüdlü  İsaxan İlqar oğlu Əsədovdur.

Rayon Polis Şöbəsi tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər bu il martın 30-da  gecə saat 03 radələrində rayonun Əliləmbəyli kəndində tövlədən vətəndaşa məxsus 2 baş inəyi oğurlayıblar. Aprelin 1-də isə gecə saat 02  radələrində  Yaxa Dəllək kəndində 9 baş qoyunu aparıblar. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az