İsmayıllı, 13 aprel, AZƏRTAC.
İsmayıllıda məktəblilər arasında faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Breyn-rinq” intellektual bilik yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon gənclər və idman idarəsinin, intellektual oyunlar klubunun və YAP rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə şəhər 3 saylı məktəb- liseydə keçirilən bilik yarışında 18 komanda iştirak edib.
Yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Münsiflər heyətinin qərarına əsasən, Ruşan kənd tam orta məktəbin “Şəfəq” komandası birinci yerə layiq görülüb və “İsmayıllı kuboku”na sahib çıxıb. İkinci və üçüncü yerləri isə İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin və şəhər 2 saylı tam orta məktəbin komandaları tutublar. Qaliblər gənclər və idman idarəsinin qiymətli hədiyyələri və diplomla mükafatlandırılıb.

