Sudanda prezident və parlament seçkiləri başlayıb
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Sudanda prezident və parlament seçkiləri başlayıb. Artıq 25 ildir ki, hakimiyyətdə olan Ömər əl-Bəşir müxalifətin əsas hissəsinin seçkiləri boykot etməsi şəraitində yenidən prezident postuna can atır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, səsvermə hüququna sahib 13 milyon sudanlı 2011-ci ildə ölkənin cənubunun ayrılaraq müstəqillik elan etməsindən sonra ilk dəfə olaraq dövlət başçısını və milli assambleyanın deputatlarını seçəcək. Səsvermə aprelin 15-dək davam edəcək, ilkin nəticələr isə seçki məntəqələrinin bağlanmasından bir neçə gün sonra açıqlanacaq.
Sudanın əsas müxalifət partiyaları hakimiyyətin rəqiblərinə, KİV-lərə və ictimai təşkilatlara təzyiq göstərdiyini bəyan edərək seçkidə iştirakdan imtina edib. Hazırkı prezident əl-Bəşir alternativsiz seçki kampaniyası keçirərək yüksək inflyasiya və işsizlik səviyyəsinin olduğu ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmağa, siyasi stabilliyini qorumağa söz verib. Onun fikrincə, kursun dəyişməsi Liviya və ya Yəməndəki kimi zorakılığa və anarxiyaya səbəb ola bilər.
Əsas müxalifət partiyalarının seçkidən imtina etməsi ilə prezident əl-Bəşirin başçılıq etdiyi Milli Konqress Partiyasına yalnız bir neçə kiçik siyasi qruplaşma rəqib olmağa çalışır. Beləliklə də, yeni dövlət başçısını və hakim partiyanı artıq indidən müəyyən etmək olar – hakimiyyətdə yenə də həmin siyasi güclər qalacaq.
Təhlükəsizlik qüvvələri seçkilər ərəfəsində qeyri-sabit rayonlarda – üsyançı qüvvələrin aktiv olduğu cənub-qərbdəki Darfur əyalətində və Çənubi Sudanla sərhəddə yerləşən ərazilərdə nəzarəti gücləndiriblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10