Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 25-də Səyavuş Aslanovun F.Mirzəyev küçəsində yerləşən evindən pəncərəni sındırmaqla içərisində 18 min 600 manat və qızıl-zinət əşyaları olan seyfi oğurlanıb.
Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakinləri - 1992-ci il təvəllüdlü Qasım Bəylər oğlu Qüdrətli və 1993-cü il təvəllüdlü İlqar Nazim oğlu Aslanov tutulublar.
Milli.Az