Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Kürdəmir rayon sakini, 1960-cı il təvəllüdlü Rövşən Ağaməmməd oğlu Həmidov idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla Aşıq Şakir küçəsində hərəkətdə olarkən, qəfildən səhhəti pisləşib. Bu zaman o, idarəetməni itirərək maşını 2 küçənin kəsişməsindəki yaşayış evinin qapısına çırpıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 1987-ci il təvəllüdlü Fərid Həmidov və gəlini, 1992-ci il təvəllüdlü Aytac Həmidova yaralanıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Milli.Az