Müsavat Partiyasının Məclis üzvü: "Bütün hallarda Vurğun Əyyubun namizədliyi irəli sürüləcək"
Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü, partiyanın Suraxanı rayon təşkilatının Şura üzvü Arifə Hüseynli deyib.
Şuranın qərarının iclasda iştirak etməyən üç nəfərin şikayəti əsasında ləğv olunduğunu deyən A.Hüseynli xatırladıb ki, iclasda 12 nəfər iştirak edib: "Bəllidir ki, həmin üç nəfər iştirak etsəydi belə, irəli sürdükləri namizəd təsdiq olunmayacaqdı. Çünki çoxluq Vurğun Əyyubun namizədliyinin irəli sürülməsini dəstəkləyir. Bu, faktdır. Təşkilatın Şura iclası yenidən çağırılacaq və Vurğun bəyin namizədliyinin irəli sürülməsi məsələsi yenidən qaldırılacaq".
A.Hüseynli qeyd edib ki, Vurğun Əyyubun namizədliyinin irəli sürülməsinə partiya qərarları əngəl ola bilməz: "Bütün hallarda Vurğun Əyyubun namizədliyi 30 saylı Suraxanı Birinci Seçki Dairəsindən irəli sürüləcək. Biz buna çalışacağıq. Partiyanın mənasız qərar çıxarması bu işə əngəl ola bilməyəcək. Partiyanın Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunan üzvləri daim partiyada aktiv olublar. Onlar keçirilən seçkilərdə aktivlik nümayiş etdiriblər. Müsavat üzvlərinin fəaliyyət göstərdiyi ictimai hərəkat təkcə ADR deyil ki... ADR-də təmsil olunmaq o demək deyil ki, bu şəxslər anti-müsavatçıdırlar. Belə yanaşmalar düzgün deyil".
Xatırladaq ki, Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sonuncu iclasında şikayət əsasında partiyanın Suraxanı rayon təşkilatının Şura iclasında Vurğun Əyyubun namizədliyinin irəli sürülməsi barədə çıxarılan qərara baxılıb və qərar ləğv edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10