Bakının Suraxanı rayonunda ağacdan asılmış kişi meyiti tapılıb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, məlumat daxil olan kimi hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, asılmış şəxs 1960-cı il təvəllüdlü Fidayət Sərdarovdur.

Müayinə zamanı onun intihar etdiyi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırma aparılır.
Mənbə
ANS PRESS