[ 13 Aprel 2015 10:35 ]
Bakı. Fuad Cəfərov – APA. Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kürdəmir şəhərində “VAZ” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü hadisə yerində dünyasını dəyişib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğrayan avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.