Ermənistanda əhalinin 32 faizi həddindən artıq kasıbdır
Paris, 12 aprel, AZƏRTAC
Ermənistan rəsmilərinin ölkədə iqtisadiyyatın inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi barədə qaldırdıqları hay-küy dünya ictimaiyyətini aldatmaqdan başqa bir şey deyil. Əslində isə əhalinin sosial vəziyyəti aydan-aya deyil, gündən-günə ağırlaşır. Hətta iş o yerə çatıb ki, erməni ideyalarını Fransada təbliğ edən “Ermənistan xəbərləri” jurnalı 11 aprel tarixli nömrəsində dərc etdiyi “Bir qəzetə görə Ermənistanda əhalinin 32 faizi kasıbdır” sərlövhəli məqaləsində əhalinin yaşayış tərzinin acınacaqlı olduğunu etiraf etməyə məcbur olub.
Fransadakı güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr olunan jurnal yazır ki, Ermənistan əhalisinin 967 min nəfəri, yəni 32 faizi kasbdır və aldıqları cüzi əmək haqları ilə zorla dolanırlar.
Ermənistan Dövlət Statistika Xidməti İdarəsinin məlumatına istinad edən jurnalda bildirilir ki, korrupsiyaya qurşanan və var-dövlət toplamaq hərisi olan erməni rəsmilərinin apardıqları daxili siyasət ölkə əhalisinin getdikcə yoxsullaşmasına və yoxsulluğun son həddində yaşamasına gətirib çıxarıb. Əlbəttə, bu, dövlətin siyasətini dəstəkləyən rəsmi orqandır və onun verdiyi rəqəmlər ölkədəki vəziyyəti tam əks etdirmir. Əslində isə, Ermənistanda əhalinin əksəriyyətinin sosial vəziyyəti çox aşağıdır.
Məqalədə ölkə əhalisinin 13,3 faizinin, yəni 402 min nəfərin yaşayış səviyyəsinin həddindən artıq acınacaqlı, ayda 22993 dram əmək haqqı alan 87 min erməninin vəziyyətinin isə daha ağır olduğu bildirilir.
Bütün bunlar Ermənistan rəhbərliyinin daxili siyasətinin əsl simasını, ölkə iqtisadiyyatının getdikcə tənəzzülə uğradığını bir daha sübut edir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
İran hərəkatı başladı - Trampdan açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10