Türkiyənin tanınmış aktrisası Özgü Namal ana olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, hamilə qaldıqdan sonra yaşadığı Bebekdən Kilyosa köçən 35 yaşlı aktrisa doğum sancıları başlayınca xəstəxanaya çata bilməyəciyini anlayıb. Həkiminə zəng vurub evə çağıran Özgü doğumu evdə keçirib.
3 kiloqram yarım və 52 santimetrlik oğlan uşağına Nəfəs adı verilib.
Ö.Namal sevgilisi Srdar Oralla bir yerdə yaşasa da, evliliyini hələ rəsmiləşdirməyib.
Milli.Az