Kürdəmir rayonunda intihara cəhd hadisəsi olub.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kürdəmir rayonunda 1 nəfər intihar etmək məqsədilə hündurlüyü 45 metr olan işıq dirəyinə çıxıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar. Yanğınsöndürən-xilasedicilər vətəndaşla pisixoloji söhbətlər aparmış, intihara cəhdin qarşısını alıblar.

Vətəndaş adiyyəti üzrə təhvil verilib.
Mənbə
ANS PRESS