Kanal S (Region TV) xəbər verir ki, bu gün Şəkinin Bəxtiyar Vahabzadə küçəsində qəza baş verib. Hadisə nəticəsində üç nəfər xasərat alıb. Şəkidə saat 15 radələrində qeydə alınan hadisə zamanı 1990-cı il təvəllüdlü Əhmədli Əldostun idarə etdiyi "Mercedes" markalı avtomobil 1989-cu il təvəllüdlü Qüvvətov Vüqarın idarə etdiyi "VAZ 2110" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü, eləcə də "VAZ 2110"un sərnişini, 1997-ci il təvəllüdlü Pərvanə Mürsəlli müxtəlif bədən xəsarətləri alıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun xilasediciləri cəlb ediliblər.
Avtomobildə sıxılmış vəziyyətdə qalan Vüqar Qüvvətovu oradan çıxarmaq mümkün olub. Qəzanın dəqiq səbəbləri məlum deyil. Hadisə Şəki Rayon DYPİ tərəfindən araşdırılır.

Milli.Az