Sumqayıtda “Gələcəyə təşəbbüs” inşa-esse müsabiqəsinin təqdimatı
Sumqayıt, 12 Aprel, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) “British Council” və “PAŞA Bank”ın təşkilatçılığı ilə “Gələcəyə təşəbbüs 2015” inşa-esse müsabiqəsinin təqdimat mərasimi olub.
SDU-dan AZƏRTAC–a bildirilib ki, tədbirdə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bu müsabiqənin məqsəd və əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, məqsəd tələbələrə ölkənin iqtisadi inkişafı və sosial-iqtisadi islahatların müzakirəsi üçün imkan yaratmaq, həmçinin gəncləri Azərbaycanın gələcək inkişafında daha fəal rol oynamağa sövq etməkdir.
Layihənin əsas fəaliyyəti Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təqdimatların keçirilməsi, inşa yazma qabilliyyəti, istinad və plaqiatçılıq mövzuları üzrə seçilmiş tələbələrə təlimlərin keçirilməsi və təlim keçmiş namizədlər tərəfindən inşaların yazılmasından ibarətdir.
Diqqətə çatdırılıb ki, iştirakçılar Azərbaycan vətəndaşı və təqdimat üçün nəzərdə tutulan ali təhsil müəssisələrinin 18-22 yaşlı tələbələri olmalıdırlar. Müsabiqə layihədə iştirak etmək üçün müraciət etmiş səkkiz universitet, o cümlədən SDU-da təhsil alan tələbələr arasında keçiriləcək.
Bildirilib ki, müsabiqənin üç qalibi iyul-avqust aylarında Böyük Britaniyanın aparıcı universitetlərindən birində yay məktəbində iştirak edəcək. Həmçinin, finalçılara layihədə uğurlu iştiraka görə “PAŞA Bank” və “British Council” təşkilatı tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim olunacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10