Dünyanın ən nüfuzlu jurnallarından biri sayılan Time-in keçirdiyi "Dünyanın ən nüfuzlu adamı" reytinqində səsvermə başa çatmaq üzrədir. Rusiya prezidenti Vladimir Putin reytinqə liderlik edir.
 
Milli.Az bildirir ki, Time-ın oxucuları arasında keçirilən sorğunun nəticələrinə görə, Rusiyanın dövlət başçısı səslərin 6,9 faizini toplayıb.
Cənubi Koreyadakı 2NE1 qrupunun solisti, müğənni Li Çen Rin də 6,9 faiz səs yığıb. Lakin redaksiyada qəbul edilmiş səslərin hesablanma metodologiyasına görə V.Putin lider sayılır.
 
3-cü yeri amerikalı müğənni Ledi Qaqa 2,6 faiz səslə tutub.
 
İlk onluqda sonrakı yerlərdə müğənni Rianna, amerikalı kantri-pop ulduzu Teylor Svift, britaniyalı aktrisa və model Emma Uotson, Dalay Lama, pakistanlı insan haqları müdafiəçisi Malala Yusufzay, amerikalı müğənni Beyons və Roma Papası 1-ci Fransisk bərqərar olublar.
 
ABŞ prezidenti Barak Obama 11-ci, onun xanımı Mişel Obama 12-ci, Çin lideri Si Szinpin 22-ci pillədə, Suriya prezidenti Bəşər Əsəd 23-cü, Almaniyanın kansleri Angela Merkel 25-ci, müğənni Madonna 26-cı yerdədir.
 
Sorğunun nəticələri sabah açıqlanacaq, "Dünyanın ən nüfuzlu 100 adamı" reytinqi isə aprelin 16-da rəsmən təqdim olunacaq.

Milli.Az