[ 12 Aprel 2015 12:04 ]


Bakı - APA. Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində əsas yol aprelin 12-si səhər saatlarından nəqliyyatın hərəkəti üçün bağlanıb.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən APA-ya verilən məlumatına görə, hazırda Böyükşor qovşağının qarşısından şəhər istiqamətinə mövcud asfalt-beton örtüyünün üst qatının frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması işləri davam etdirilir.

 

Paralel olaraq Bağırov körpüsünün ətrafında yağış kanalizasiya sisteminin quraşdırılması  üçün müvafiq işlər aparılır.

 

Məlumatda o da bildirilir ki, Heydər Əliyev prospektinin şəhər istiqamətindən Böyükşor  qovşağına  qədər olan hissəsinin aprelin 12-dən aprelin 13-ə  keçən gecə  bağlanması nəzərdə tutulsa da, “Azəryolservis” ASC planlaşdırılan qrafiki qabaqlamaq məqsədilə həmin hissədə nəqliyyatın hərəkətini dayandıraraq təmir işlərinə start verib.