Bakı, 12 aprel, AZƏRTAC 
Aprelin 13-dən 17-dək Türkiyənin Marmaris şəhərində dəniz təhlükəsizliyi və piratlığa qarşı mübarizə kursu, aprelin 13-dən 24-dək İzmirdə hava sahəsinə nəzarət və idarəetmə kursu, aprelin 13-dən 27-dək isə İstanbulda Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Türkiyə Quru Qoşunları Akademiyası arasında müəllim mübadiləsi keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.