Kosmosa uçan ilk insan (VİDEO)
Kosmosa uçan ilk insan kimi Yuri Qaqarin 14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.
Yuri Qaqarin 1934-cü il mart ayının 9-da kəndli ailəsində anadan olub. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. 1941-ci ildə məktəbə gedib, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçüb. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnib. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.
27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir. 9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.
1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Serqey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.
Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olur. O, Moskvada Kreml divarında dəfn olunub.
Gizli materiallarla tanış olan o vaxtın tanınmış təyyarəçi kosmonavtlarından biri Aleksey Leonov bildiklərini mediyaya açmağa qərar verib. Sən demə milyonların sevimlisi, gənclərin qəhrəmanı olan Qaqarin 1968-ci ildə adi qəzanın qurbanı olub. Növbəti uçuş zamanı MİQ-15 təyyarəsində uçarkən kosmonavtın idarə etdiyi döyüş maşınına qəfildən daha müasir model olan digər bir qırıcı yaxınlaşır.
Təxminən 10-15 metr yaxınlıqdan keçən naməlum təyyarə Qaqarinin olduğu qırıcını kursdan sapdırır. İdarəetməni itirən təcrübəli kosmonavt isə yalnız bu sözləri "Mən, 725-ciyəm. tapşırıq yerinə yetirilmədi" deyə bilib.
Leonov bildirir ki, sadəcə məsələ o zaman SSRİ rəhbərliyinin göstərişi ilə məxfiləşdirilir və uzun zaman Qaqarin barədə müxtəlif şayiələrin yayılmasına səbəb olur. Bununla belə Leonov naməlum təyyarənin 4 min 200 metr hündürlükdə qəfildən MİQ-15-in qarşısına necə çıxdığını aydınlaşdıra bilmədiklərini deyir.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18