ANS PRESS-in məlumatına görə, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu”nun maliyyə yardımı ilə “Könüllü Gənclər” İctimai Birliyinin həyata keçirdiyi “Gənclərlə Gələcəyə” layihəsi çərçivəsində maarifləndirmə treyninqi keçirilib.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb və treyninq iştirakçılarına yazılı təsvirli köynək və papaqlar, bukletlər, və “Bədən Dili və Natiqlik Sənəti” adlı kitab təqdim olunub.
Bundan başqa, layihə çərçivəsində Zərdab rayonunda yeniyetmə və gənclərə sosial fobiyanın zərərləri, virtula aləmdən düzgün istifadə qaydaları, real kimlik, ümumi bədən-dili, liderlərin bədən-dili, təsirli nitqin əhəmiyyəti, həyacan və gərginliyi idarə etmək, yaradıcı düşünmə mövzularında Azərbaycanın tanınmış təlimçisi Radil Fətullayev tərəfindən təlim keçirilib.
Qeyd edək ki, “Könüllü Gənclər” İctimai Birliyi yeniyetmə və gənclərdə sosial fobiyanın aradan qaldırmaq, kütlə qarşısında nitq mədəniyyətini formalaşdırmaq və düzgün ünsiyyət vasitələrindən, o cümlədən bədən-dilindən doğru istifadə etmək məqsədi ilə “Gənclərlə Gələcəyə” layihəsinə start verib.




MənbəANS PRESS