ATV kanalında yayımlanan “Səbəbkar” verilişində Aşıq Ədalət nalayiq ifadələr işlədib.

ANS PRESS-in məlumatına görə, Aşıq Ədalət nalayiq ifadələri rəqqasə Aytənin ünvanına işlədib.

Belə ki, Aytən saz sədaları altında rəqs etdikdən sonra Aşıq Ədalət buna əsəbiləşib və ona qarşı nalayiq ifadələr işlədib.

Aşıq Ədalətin bu sözləri verilişin digər iştirakçıları arasında gülüşə səbəb olub. Rəqqasə Aytən isə Aşıq Ədalətin bu sözlərinə cavab verməyib.

Həmin kadrları sizə təqdim edirik.

Mənbə
ANS PRESS