“British Airways” aprelin 10-da aviaşirkətin Bakıdan Londona uçan təyyarəsinin Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş etməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir:

“Bakı-London istiqamətində uçan avialaynerin kapitanı təyyarənin mühərriklərinin birində nasazlıqdan şübhələnib. Təyyarə havaya qalxıqdan az sonra kapitan yenidən Bakıya qayıtmaq qərarını verib. Bütün sərnişinlər digər aviaxətlərlə Londona göndərilib”.

Şirkət müştərilərinin səyahətlərini ləngitdiyi üçün təəssüfləndiyini də qeyd edib.

Xatırladaq ki, həmin təyyarənin sərnişinlərindən 36 nəfəri “Lufthansa” şirkətinin təyyarəsi ilə bu gün Londona yola salınıb. Digər sərnişinlər də bu gün axşam saatlarında Böyük Britaniyanın paytaxtına yola salınacaqlar.
Mənbə
ANS PRESS