Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 10-da saat 21 radələrində Yasamal rayonunun Moskva prospektində Bakı şəhər sakini Rusif Hacıyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən Ağcabədi rayon sakini Cahid Rüstəmovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş C.Rüstəmov orada ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.