[ 11 Aprel 2015 14:05 ]



Bakı. Hafiz Heydərov – APA. Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxslər Azərbaycanda həbs edilib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Kənan Əliyev və  131-ci maddəsi (zorlama) ilə axtarışda olan Xəqani Məhərrəmov tutulub.